Türkiyənin superstarı Ajda Pekkan açıqlaması ilə gündəmə gəlib.
News24.az OLAY-a istinadla yazır ki, həmkarı Mazhar Alansonun “YouTube”da yayımlanan “Mazhar Alanson ilə misafir” layihəsinin qonağı olan sənətçi özünün köləsi olduğu bildirib.
Əvvəllər hər şeydən çəkindiyini deyən Pekkan indi özündən kef aldığını vurğulayıb:
“Mənim çox yorucu həyatım var. Özümün köləsi oldum. Ajda Pekkanın köləsi oldum. Onsuzda Ajda Pekkan mənim üçün əyləndiyim bir hobbidir. Artıq kef aldığım hər şeyi edirəm. Əvvəllər çəkinirdim, daha sadəlöv idim, hiss edə bilmək duyğum olsa da belə bundan istifadə edə bilmirdim. Sonra şükürlər olsun ki, bunlar çıxdı ortaya. İndi Ajda Pekkan mənə çox kef verir”.