AZ

Qərb Rusiya və Belarusa qarşı hərbi əməliyyata hazırlaşır -

Belarusun Dövlət Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç Qərbin Rusiya və Belarusa qarşı hərbi əməliyyata hazırlaşdığını bəyan edib. Metbuat.az xəbər verir ki, o bildirib ki, bunu Qərbin həyata keçirdiyi fəaliyyət və tapşırıqlar ortaya qoyur. Volfoviç, 2024-cü ilin əvvəlindən Avropada təxminən yarım milyon əsgərin iştirakı ilə 400-dən çox təlim keçirildiyini qeyd edərək, ABŞ və NATO qoşunlarının Birlik Dövlətinin qərb sərhədləri yaxınlığında artan mövcudluğuna diqqət çəkib. Volfoviç qeyd edib ki, Avropada NATO nüvə qüvvələrinin iki təlimi keçirilib və bu təlimlərdə 2,7 min əsgər və nüvə başlıqlı qanadlı raketlər daşıya bilən 90 təyyarə iştirak edib.

Volfoviç Polşa və Baltikyanı ölkələrdə 5 hava bazası, 2 dəniz bazası və 6 böyük təlim sahəsinin qurulduğunu bildirib.

Seçilən
44
metbuat.az

1Mənbələr