AZ

Təbrizdən İrəvana gedən azərbaycanlını döydülər

Ermənistanda İran vətəndaşı olan Təbriz sakini Azərbaycan türkü olduğuna görə döyülüb.

Turkustan.az xəbər verir ki, bu barədə məlumatı “Azad İran” yayıb.

Bildirilib ki, işləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, yalnız etnik azərbaycanlı olduğu üçün İrəvanda ermənilər tərəfindən bir neçə dəfə döyülüb.
Məlumata görə, o, zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib. Ermənilərin fiziki təzyiqinə məruz qalan təbrizli təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.

Seçilən
23
1
turkustan.az

10Mənbələr