AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 489 Bakı şəhəri, 7 noyabr 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 790 (Cild I) ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci bənddə “3 (üç)” sözləri “1 (bir)” sözləri ilə əvəz edilsin.

2. 3.1-ci bənddə “may” sözü “avqust” sözü ilə əvəz edilsin.

3. 4-cü hissə üzrə:

3.1. 4.1 - 4.5-ci bəndlərdə “avqust ayının 1-dək” sözləri “sentyabr ayının 15-dək” sözləri ilə əvəz edilsin;

3.2. 4.1.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.1.5-ci yarımbənd əlavə edilsin:

“4.1.5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən əcnəbilərin iş icazəsi əsasında qüvvədə olan əmək müqavilələri üzrə təhlillər (iqtisadi fəaliyyət növləri, əməkhaqqı qrupları, peşə və vəzifələr və s. üzrə).”;

3.3. 4.3-cü bəndə “üçün” sözündən sonra “tam orta təhsil bazası üzrə ümumi təhsil müəssisələrində,” sözləri əlavə edilsin;

3.4. 4.4.5-ci yarımbəndə “məlumatı” sözündən sonra “(iş icazələri qüvvədə olan əcnəbilərin adlı siyahısı göstərilməklə)” sözləri əlavə edilsin;

3.5. 4.6-cı bənddə “avqust” sözü “oktyabr” sözü ilə əvəz edilsin.

4. 5.2-ci bənddə “sentyabr ayının 15-dək” sözləri “noyabr ayının 10-dək” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Seçilən
37
xalqqazeti.az

1Mənbələr