AZ

Diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla saxlanıldı

Türkiyənin İstanbul şəhərində azərbaycanlı olduğu deyilən şəxsin maşınından 70 kiloqram qızıl aşkarlanıb.

Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mediasında xəbərlər yayılıb.

Qeyd olunub ki, Azərbaycan vətəndaşı M.G.Ş. adlı şübhəli Sarıyer səmtində ticarət mərkəzlərinin birinin qarşısında polis qrupları tərəfindən saxlanılıb.

Onun İstanbul Prokurorluğu tərəfindən verilən təlimat çərçivəsində saxlanıldığı bildirilib.

Şübhəli şəxs xüsusi xidmət orqanlarının əməkdaşlarına məhsulların özünə aid olduğunu və diplomat kimi çalışdığını deyib.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
10
13
avtosfer.az

10Mənbələr