HamamBath
İnsan Resursları üzrə menecer
Son tarix 22 dek 2024 - [email protected]
İş haqqında məlumat:
- İş yeri: “Hamambath”, Şıxov, Bakı Baş Gömrük idarəsinin yanı;
- 25-45 yaş arası namizədlər;
- İş qrafiki: 5/2, 09:00-18:00;
- Əmək haqqı: 1200 azn;
- Servis və nahar yeməyi ilə təmin olunur;
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.
Namizədə tələblər:
- Ali təhsil;
- İşində cəld və səliqəli olmalı;
- İş təcrübəsi: ən azı 3 il;
- MS Ofiice proqramlarından istifadə etmək bacarığı;
- Əmək qanunvericiliyi üzrə nəzəri və praktik biliklər;
- Analitik düşünmə qabiliyyəti;
- Problem həlletmə bacarığı;
- Yüksək kommunikasiya bacarıqları;
- Bacarıqlı, nizam-intizamlı olmalı;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etməli;
- İş zamanı şirkət daxili və etik qaydalara ciddi əməl etməli;
- Azərbaycan və rus dili biliyi şərtdir, ingilis dili- arzuolunandır.
Vəzifə öhdəlikləri:
- ƏMAS və İSB portallarında əməliyyatların aparılması;
- Miqrasiya proseslərinin icra edilməsi;
- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçi qovluqların hazırlanması, elektron əmək müqavilələrinin və bütün növ kadr əmrlərinin hazırlanması;
- Məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- Ştat cədvəllərin və təşkilati strukturun hazırlanması;
- Qüvvədə olan ştat cədvəlinin və strukturun mütəmadi olaraq nəzarətdə saxlanılması və lazım olan dəyişikliklərin edilməsi;
- Şirkətdə mövcud olan və yeni yaradılan bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanması, təsdiqlənməsi və işçilərlə tanış edilməsi;
- İşçi heyəti üçün iş davamiyyəti cədvəllərinin hazırlanması və işçilərin əmək haqlarının vaxtında və dəqiqliyi ilə ödənilməsini təmin etmək üçün mühasibat şöbəsi ilə birgə işin təşkil olunması;
- İşçilərin davamiyyətinin Şirkətdə quraşdırılmış turniketlə izlənməsi, həftəlik və ya aylıq davamiyyətə nəzarətin hesabat şəklində rəhbərliyə təqdim edilməsi
- Fəaliyyət sahəsi ilə bağlı hesabatların hazırlanması;
- Müəssisənin təlim ehtiyaclarının müəyyənləşdirilməsi;
- Arayışların, xəstəlik vərəqələrinin və çıxarışların hazırlanması və qeydiyyatı;
- Vakansiya profilinə uyğun olaraq şirkət üçün lazım olan mütəxəssislərin effektiv axtarışı və seçilməsi;
- İnsan Resursları üzrə digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi;
Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını “İnsan Resursları üzrə Menecer” məktubun mövzu hissəsində göstərməklə olunur Şəkilli CV- ləri qeyd edilmiş elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.