AZ

Ukrayna Dünya Bankından 4,8 milyard dollar kredit götürüb

Bakı. Trend:

Ukrayna Dünya Bankından 4,8 milyard dollar kredit alacaq,müvafiq saziş cümə günü Kiyevdə imzalanıb.

Trend-in məlumatına görə, bu barədə Ukrayna Maliyyə Nazirliyininmətbuat xidməti öz saytında bildirib.

"Ukraynanın maliyyə naziri Sergey Marçenko və Dünya BankınınŞərqi Avropa məsələləri üzrə əməliyyat meneceri Kevin Tomlinson“Ukraynada davamlı dövlət idarəçiliyinin təmin edilməsi üçün dövlətxərclərinin dəstəklənməsi” layihəsi (PEACE in Ukraine) çərçivəsindəkredit sazişi imzalayıblar. Müqavilə ilə ABŞ və digər inkişaftərəfdaşlarından 4,8 milyard dollar vəsaitin cəlb edilməsi nəzərdətutulur", - deyə qeyd olunub.

Ukrayna yaxın gələcəkdə maliyyə alacağını gözləyir, lakinnazirlik dəqiq tarixləri açıqlamayıb. Pulun “prioritet sosial büdcəxərclərinə” yönəldilməsi planlaşdırılır.

Seçilən
44
az.trend.az

1Mənbələr