AZ

Medvedev: Rusiya BCM-ni tanımır və onu qeyri-legitim hesab edir

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev xatırladıb ki, Rusiya Beynəlxalq Cinayət Məhkəməsini tanımır...

Poliqon xəbər verir ki, Medvedyev bu barədə “Al Arabiya” telekanalına müsahibəsində bildirib.

Rusiya Beynəlxalq Cinayət Məhkəməsini tanımır və onu qeyri-legitim hesab edir”, deyə cənab Medvedev telekanala müsahibəsində vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi bu həftə İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantı Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham edərək həbsə order verib.

2023-cü ilin martında BCM Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın, 2024-cü ilin iyununda isə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi təxminən 120 dövlət tərəfindən imzalanmış Roma Statutuna əsaslanır. Məhkəmənin yurisdiksiyası Rusiya, ABŞ, Çin, İsrail və bir çox başqa ölkələr tərəfindən tanınmır.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr