AZ

Tramp ona qarşı ittihamlar irəli sürən prokurorları cəzalandıracaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ona qarşı işə rəhbərlik edən xüsusi prokuror Cek Smitin komandasının bütün üzvlərini işdən çıxarmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Washington Post” (WP) öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, onlarla hüquqşünas, FTB və Ədliyyə Departamentinin əməkdaşı işdən çıxarılacaq. Trampın onları nə qədər tez işdən çıxara biləcəyi bəlli deyil. Nəşrin həmsöhbətlərindən birinin dediyinə görə, Tramp 2020-ci il prezident seçkilərində saxtakarlığa dair sübutların axtarışı üçün Ədliyyə Departamentində təhqiqat qrupları yaratmağı da planlaşdırır.

Qeyd edək ki, ötən ilin avqustunda xüsusi prokuror Smit Trampa qarşı dörd maddə üzrə ittiham elan etdi. O, faktiki olaraq 2020-ci il seçkilərində məğlub olmasına baxmayaraq, hakimiyyəti qanunsuz olaraq saxlamağa cəhddə ittiham olunurdu.


Müəllif: Teleqraf.com
Seçilən
28
3
teleqraf.com

4Mənbələr