AZ

Öncü Keçeli:"Türkiyə İraq türkmənlərinin yanındadır''

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli deyib: "Türkiyə İraq türkmənlərinin yanındadır və onların hüquq və maraqlarını qoruyur" deyib. Öncü Keçeli Türkiyənin bütün qurumları ilə İraq türkmənlərinin yanında olduğunu və onların hüquq və maraqlarını müdafiə etdiyini vurğulayıb. O, həmçinin, İraq və Türkiyə arasında dostluq körpüsü rolunu oynayan türkmən soydaşların əmin-amanlığının və təhlükəsizliyinin təmin olunduğunu qeyd edib. Öncü Keçeli İraq Kürd Regional Rəhbərliyindəki (KRG) kürdlərin uzun illər sonra İraqda aparılan siyahıyaalma üçün kütləvi şəkildə Kərkükə köçürülməsi prosesinin yaxından izlənildiyini də bildirib.

 

 



Seçilən
23
2
trt.net.tr

3Mənbələr