AZ

Parfümeriya və kosmetika məhsullarının satışını həyata keçirən şirkətinin də vergi borcu üzə çıxdı

Azərbaycanda parfümeriya və kosmetika məhsullarının distribütorluğu və pərakəndə satışını həyata keçirən "Adore Kompani" MMC-nin vergi borcu üzə çıxıb.

 

Pravda.az-ın xəbərinə görə, şirkətin dövlətə 198 050 borcu var.

 

Qeyd: Dövlət qeydiyyatına 2007-ci ildə alınan və nizamnamə kapitalı  100 000 AZN olan MMC-nin qanuni təmsilçisi Kamal Ramiz oğlu Abdullayevdir. Azərbaycanda kosmetik və ətir məhsullarının satışı və distributorluğu üzrə nümayəndə olan ADORE 150-dən çox brendin məhsullarını ölkə bazarına təklif edir.

 

Bu brendlərə daxildir:


Kosmetik məhsul brendləri - NYX PROFESSIONAL MAKEUP, MAC, Pupa, IsaDora, Bourjois;

 

İnnovativ qulluq brendləri və üz-bədən baxımı - Shiseido, Sisley, Collistar, Caudalie; Cottage və Le Petit Olivier;

 

Saça qulluq brendi - WELLA Professionals;

 

Ətir brendləri - Chanel, Christian Dior, Guerlain, Givenchy, Versace, Trussardi, Lancome, Giorgio Armani, Narciso Rodriguez, Kilian, Xerjoff, The House of Oud, Roja Parfums, Fragrance World Tiziana Terenzi, Micallef, Liquides Imaginaires, Korloff, Lalique və s.

 

Xəyal Quliyev

Tarix: 23 Noyabr 2024, 08:35   
Seçilən
29
pravda.az

1Mənbələr