Abşeron rayonunda qətl törətməkdə təqsirləndirilən Hüseyn Kazımovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nurəddin Hüseynlinin icraatına verilib.
Qeyd: Bu il iyulun 23-də səhər saatlarında Abşeron rayonu Gənclər şəhərciyində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın yaşadığı mənzilin eyvanından yerə düşərək ölməsi barədə polisə məlumat daxil olub.
Aparılan araşdırmalar zamanı Ayşən Kazımovanın həyat yoldaşı, 2002-ci il təvəllüdlü Hüseyn Kazımov tərəfindən qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı onu qəsdən mənzildən yerə atıldığı müəyyən edilib. Hüseyn Kazımov polis əməkdaşları tərəfindən saxlanılıb.
Kamal Məmmədov