AZ

"Saakaşvili Gürcüstanda çevrilişə çağırır"

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, etirazçıları daha sərt çıxış etməyə çağıran eks-prezident Mixail Saakaşvilinin Gürcüstanda dövlət çevrilişinə təşviq etdiyi bəyan edilib. Belə bir açıqlamanı hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının icraçı katibi Mamuka Mdinaridze verib.

Saakaşvili xəstəxanadan onlayn şəkildə qoşulduğu 22 noyabr tarixli məhkəmə iclasındakı çıxışı zamanı müxalifətin indiki etirazları ilə 2003-cü il "məxməri inqilabı" dövründə seçkilərinin nəticələrinə qarşı çıxan müxalifətin onu hakimiyyətə gətirmiş etirazlarını müqayisə edib. 

Saakaşvili xüsusi təyinatlıların 4 min nəfər olduğunu, adamların isə onlardan sayca xeyli çox olduğunu söyləyib. Əlavə edib ki, "qanun çərçivəsində çıxış etmək lazım gəldiyini" təkrarlamağı dayandırmaq lazımdır, "çünki qanunlar yoxdur və indiki hakimiyyət legitim deyil". Saakaşvili deyib: "Nəm-nüm etmək yetər, sərtlik və güclü təzyiq lazımdır".

Mdinaradze Saakaşvilinin çıxışını şərh edərkən deyib: "Bu, çevrilişə çağırışdır". 

Hürr Tərcüman

 

Seçilən
9
hurriyyet.az

1Mənbələr