AZ

Putindən dünyanı qorxuya salan MESAJ – Rusiya dünya müharibəsini başlatmağa HAZIRLAŞIR?

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin dünən xalqa müraciət edərək ölkənin qarşılaşdığı yeni çağırışlar və təhlükələr barədə danışıb. Çıxışında Putin ölkənin milli təhlükəsizliyinə yönəlik təhdidlərin artdığını vurğulayaraq, bu istiqamətdə bütün zəruri tədbirlərin görüləcəyini bildirib. Putin Qərbin uzaqmənzilli raketlərinin Rusiyaya hücumundan sonra müharibənin qlobal xarakter aldığını diqqətə çatdırıb.

Onun çıxışından belə aydın olur ki, Rusiya özünü Kiyevə həmin raketləri verən ölkələrin hədəflərinə qarşı silahdan istifadə etmək hüququna malik hesab edir. Bir sözlə, Putinin çıxışı Moskvanın eskalasiyaya qəti cavab verəcəyinə işarədir. Beləliklə, Ukraynadakı müharibə faktiki olaraq qlobal xarakter alır.

Belə olan vəziyyətdə növbəti mərhələdə görəsən nə baş verəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu bildirir ki, artıq dünya müharibəsinin əlamətləri hiss olunmaqdadır:

“Bir müddət öncə ABŞ başda olmaqla Qərb Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbə vurmağa icazə  verdi. Tramp isə bunu yanlış addım adlandırdı. Həqiqətən də belə vəziyyət münaqişədə dərin eskalasiyaya səbəb olmaqdadır. Rusiya Prezidenti Putin xalqa müraciətində vurğuladı ki, onlar bütün hallarda cavab vermək imkanındadır. Dneprteprovski istiqamətinə hətta Rusiyanın qitələrarası balistik raketinin atılması barədə məlumat yayıldı. Bunun özü münaqişənin daha kəskin mərhələyə keçdiyinin göstəricisidir. Dünya müharibəsinin əlamətləri müşahidə olunmaqdadır”.

“Ukrayna ciddi itkilər verir”

Həmsöhbətimiz düşünür ki, Bayden adminstrasiyası fəaliyyətinin sonunda yeni rəhbərlik üçün ciddi problemlər qoymaqla getmək istəyir:

“Çünki bundan sonra Trampın verilən qərar fonunda necə manevr edəcəyi maraqlı olacaq.  Tramp qeyd edirdi ki, münaqişəni tez bir zamanda aradan qaldıra bilər. Lakin ABŞ, Böyük Britaniya və Fransanın belə qərarı isə vəziyyəti daha da kəskinləşdirir. Ukraynanın özünün də vəziyyəti ağırlaşacaq. Baxmayaraq ki, Kiyev Kursk istiqamətində müəyyən irəliləyiş əldə edib. Amma Ukraynanın dərinliklərində rus qoşunları da irəliləyir. Belədə Ukrayna daha ciddi itkilərə məruz qalır.

Rusiyanın üstünlüyü göz önündədir.

Bundan sonra uzaqmənzilli raketlərdən istifadə olunmaqla davam edən münaqişə heç də Kiyevin xeyrinə olmayacaq. Çünki bu sahədə Rusiya daha güclüdür. Tərəflər arasında dialoqun tapılmasına çalışmaq lazım idi. Amma görünən reallıq odur ki, Bayden adminstrasiyası özlərinin yaratdığı münaqişə vəziyyətini növbəti adminstrasiyaya, özü sə daha gərgin bir vəziyyətdə miras qoyub getmək istəyir. Bu isə həm də bütövlükdə dünya üçün təhlükəlidir. Belədə tərəflər məsələni dialoq vasitəsilə həll etməyə çalışmasa, qlobal təhlükəsizlik üçün daha ciddi təhdidlər yaranacaq”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
29
50
bizim.media

10Mənbələr