AZ

Nikol Paşinyan saqqalını niyə qırxıb?

Ermənistanın baş naziri saqqalını böyük qızının ad günündə qırxıb və bunun qızı üçün sürpriz olmasını istəyib...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində bildirib.

“Bunu böyük qızımın ad günü üçün etmək qərarına gəldim. İndi bu efirə çıxandan sonra digər qızlarım mənə sual verəcəklər ki, niyə bizim ad günümüzdə yox, onun ad günündə? Aşot bu baxımdan iddialı deyil, əminəm ki, belə bir sual qoymayacaq”, deyə Ermənistanın hökumət başçısı hakimiyyətə gəldikdən 6 il sonra qəfildə üzünü qırxması ilə bağlı suala cavabverib.

Paşinyan bəyan edib ki, 44 günlük müharibə başlayandan və ondan sonrakı 4 il ərzində o, hər gün özünə ünvanlanan suallarla yatıb və oyanıb.

“Minlərlə dəfə soruşulan suallar olub və mən bu qərarı niyə verdiyimlə bağlı özümü psixoloji və şüuraltı təhlilə məruz qoymaq istəsəm, mənim üçün cavab aydın və birmənalıdır: bu qərarı qəbul etdikdən sonra artıq özümə suallarım yoxdur. Mən qaldırdılan bütün suallara cavab vermişəm”, deyə Paşinyan fikrini yekunlaşdırıb.

Poliqon.info

Seçilən
29
9
poliqon.info

10Mənbələr