AZ

Millimizin iki üzvü “Zimbru”ya gedir

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin iki üzvü karyerasını Moldovada davam etdirə bilər.

Futbolinfo.az saytının məlumatına görə, bunlar yarımmüdafiəçilər Həsən Nəzərli və Murad Məmmədovdur.

Onların Moldovada təşkil olunan Avropa çempionatının seçmə mərhələsindəki çıxışı “Zimbru”nun baş məşqçisi Hikmət Karamanın diqqətini cəlb edib. Xüsusən də millimizin Moldova ilə heç-heçə (2:2) etdiyi son oyun türkiyəli mütəxəssisin fikrini konkretləşdirib. Həmin qarşılaşmada Nəzərli hər iki qolun müəllifi, Məmmədov isə 85 dəqiqə meydanda olub.

Qeyd edək ki, Həsən Nəzərli Türkiyənin “Ankaragücü” klubunda, Murad Məmmədov isə “Neftçi”də çıxış edir.

Seçilən
17
futbolinfo.az

1Mənbələr