AZ

Tibbin qəbul etmədiyi ÇÖPÇÜLƏR – Yalnız Azərbaycanda uşaqların ÇÖPÜ QALIR?

Ölkəmizdə qədim zamanlardan bəri xalq təbabəti geniş yayılıb. Bunlardan biri də çöpçü  peşəsidir. Müasir tibbin bu qədər inkişaf etdiyi bir dövrdə hələ də azyaşlı övladlarını çöpçü yanına aparan valideynlər kifayət qədərdir.

Bəs çöpçü kimdir?

Maraqlısı budur ki, çöpçülük sadəcə Azərbaycanda tanınır. Başqa ölkələrdə bu peşəylə bağlı nə məlumat, nə də məşğul olan var. Digər tərəfdən  mütəxəssislər də ciddi siqnal verərək, boğaza üfürməyin gigiyenik olmadığını bəyan edirlər. 

Belə çıxır ki, təkcə azərbaycanlı uşaqların boğazında çöp qalır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən pediatr Vaqif Qarayev deyir ki, tibbdə çöpçü yox, yad cisim anlayışı var:

“Adətən körpə uşaqlar əllərinə keçən müxtəlif cisimləri ağızılarına, burunlarına salırlar.  Dinindən, irqindən, millətindən asılı olmayaraq bütün uşaqların anatomik quruluşu eynidir, bəs necə olur ki, çöpçünu ancaq bizimkilər tanıyır, bizim uşaqlarda çöp qalır? Bunun bir cavabı olmalıdır”.

Pediatr belə bir nümunə də çəkib ki, bir şəxsin sözlərinə görə Bakıda qaldıqları zaman uşaqlarını  tez-tez çöpçüyə aparsalar da, xaricə köçəndən sonra buna ehtiyac olmayıb.

Müsahibimiz vurğulayıb ki, yad cisimin çıxarılması yolları var, bununla lor həkimləri məşğul olur.

Bəs uşağın çöpçüyə aparılmasının hansı fəsadları var?
 

“Dəfələrlə müşahidə olunub ki, çöpçüdən sonra uşaqda infeksiya yaranır, qızdırması qalxır, bu gigiyenik deyil. Bunun heç bir tibbi izahı yoxdur. Dediyim kimi, yuxarı tənəffüs yollarında yad cisim anlayışı var, bunu xüsusi müayinələrlə lor həkimləri təyin edir.


Çalışmaq lazımdır ki, döşəmədə muncuq, kağız qırıntısı və s. olmasın, çünki uşaqlar elə əşyaları ağızılarına, burunlarına salırlar.  İndiki vasitələrlə boğazda, burunda olan cisimlər təyin edilir, həkim onları çıxarır” - deyə Vaqif Qarayev sonda bildirib.

Nəzrin Mirzəyeva, Bizim.Media

Seçilən
18
bizim.media

1Mənbələr