AZ

Rəsmi Kreml səfərbərlik elan edib?

Rusiyada səfərbərlik məsələsi müzakirə olunmur.

Turkustan.az xəbər verir ki, Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti ilə söhbətində bildirib: "Səfərbərlikdən söhbət belə gedə bilməz".

Noyabrda Rusiyada İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova Müdafiə Nazirliyinin Baş Hərbi Tibb İdarəsinin rəis müavini Aleksandr Serqoventsevə müraciət edərək, hərbi qulluqçuların tərxis olunması prosesinə aydınlıq gətirmək xahişi ilə müraciət edib.

Moskalkovanın qeyd etdiyi kimi, hazırda hərbi hissələrin komandirləri çağırış komissiyalarının qərarları olsa belə, hərbi qulluqçuları tərxis etmək imkanından məhrumdurlar.

Bildirək ki, Rusiyada 21 sentyabr 2022-ci ildə qismən səfərbərlik elan edilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
14
turkustan.az

1Mənbələr