AZ

ABŞ Çindən gözlənilən kiberhücuma hazırlaşır

ABŞ kritik infrastruktur şəbəkələrinə Çindən gözlənilən mümkün haker hücumuna hazırlaşır.

Bu barədə “Reuters” nəşri xəbər verir.

Qəzetin yazdığına görə, ABŞ Kiber Komandanlığının icraçı direktoru Morgan Adamski deyib ki, o, Çinlə əlaqəli kiber əməliyyatların ABŞ ilə böyük münaqişə vəziyyətində üstünlük əldə etmək məqsədi daşıdığını bildirib.

Xüsusilə, rəsmilər xəbərdarlıq ediblər ki, Çinlə əlaqəli hakerlər İT şəbəkələrini ələ keçiriblər və münaqişə vəziyyətində dağıdıcı hücumlar təşkil etmək üçün addımlar atırlar.

Adamski deyib ki, ABŞ hökuməti "dünyada Çin kiber əməliyyatlarının qarşısını almağa yönəlmiş həm hücum, həm də müdafiə xarakterli qlobal sinxron fəaliyyətlərlə məşğuldur".

Oxuməni.az

Seçilən
19
oxumeni.az

1Mənbələr