AZ

Türkiyədə 70 kq qızılla tutulan azərbaycanlı diplomat Bakıya gətirildi -ONUN HANSI SƏFİRLİKDƏ İŞLƏDİYİ DƏ MƏLUM OLDU

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlıya məxsus 70 kiloqram qızıl aşkarlanıb.

 

Özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs qızılların ona aid olduğunu etiraf edib.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dakı Səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşesi təyin olunub.

 

Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.

 

**23:56 (22.11.2024)



İstanbul şəhərində azərbaycanlı olduğu deyilən şəxsdə 70 kiloqram qızıl aşkarlanıb.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

 

Qeyd olunub ki, azərbaycanlı M.G.Ş. adlı şübhəli şəxs Sarıyer səmtində ticarət mərkəzlərinin birinin qarşısında taksidə olarkən Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Taksidə 70 kq qızıl aşkarlanıb.

 

Şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına qızılların özünə aid olduğunu və diplomat kimi çalışdığını deyib.

 

Məlumata görə, saxlanılan azərbaycanlı Qərb ölkələrindəki diplomatik departamentlərdən birinin əməkdaşıdır.

 

Həmin şəxsin hazırda qoruma altında olduğu, faktla bağlı araşdırmanın başlanıldığı bildirilir.

Seçilən
18
49
senzor.az

10Mənbələr