AZ

“Netanyahu İsveçrəyə gəlsə, həbs edəcəyik” – İnqrid Rayser

“İsrail Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant İsveçrəyə gəlsə, onları həbs edəcəyik”

“AzPolitika” xəbər verir ki, bunu İsveçrə Federal Ədliyyə İdarəsinin kommunikasiyalar üzrə məsul işçisi İnqrid Rayser deyib.

O, Beynəlxalq Cinayət Məhkəməsinin adıçəkilən şəxslərlə bağlı həbs qərarını xatırladıb və əlavə edib:“İsveçrənin BCM-nin hüquqi əsasını təşkil edən Roma Əsasnaməsini 2001-ci ildə ratifikasiya edib. Roma Nizamnaməsinə tərəf olan İsveçrə BCM ilə əməkdaşlıq etməyə borcludur. Bu səbəbdən Benyamin Netanyahu və digər şəxs İsveçrəyə daxil olarsa, onları həbs etməli olacağıq”.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi 21 noyabrda Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın Qəzzada törətdiyi hərbi və insanlığa qarşı cinayətlərə görə həbsinə order verib.

“AzPolitika.info”

Seçilən
18
1
azpolitika.info

2Mənbələr