AZ

İcbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatlarının sayı

Bu ilin yanvar-oktyabr ayları ərzində icbari tibbi sığorta hesabına 3500-ə yaxın diskektomiya (sinir köklərinə təzyiq göstərən fəqərəarası diskin hissəvi və ya tam çıxarılması) əməliyyatı icra olunub. SİA xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, əməliyyatlar TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində həyata keçirilib.

Xatırladaq ki, fəqərəarası disk yırtığı əməliyyatı icbari tibbi sığortanın təminatına daxildir

Seçilən
22
5
sia.az

7Mənbələr