AZ

Ali Baş Komandan İlham Əliyevin Kəlbəcər səfəri ŞƏRH

1993-cü il mart ayının 27-dən aprelin 3-dək Qarabağda gedən döyüşlər nəticəsində Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Kəlbəcər rayonunu işğal edir. İşğal nəticəsində Ermənistan ordusu kişi, qadın, yaşlı, cavan, körpə demədən çoxlu sayda insanı öldürmüş, əhalinin digər qismi isə qaçqın və məcburi köçkün qismində Azərbaycanın müxtəlif rayon və şəhərlərində məskunlaşmışlar.

Cənab Prezident İlham Əliyev 27 sentyabr 2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayır. Həmin sərəncam 28 sentyabrdan etibarən qüvvəyə minir və həmin gündən başlayaraq 44 gün ərzində Azərbaycan Ordusu ilə Ermənistan silahlı qüvvələri arasında genişmiqyaslı böyük müharibə başlayır.

Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan Silahlı Qüvvələri qısa zamanda Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Qarabağ torpaqlarını işğaldan tamamilə azad edirlər.

2020-ci il noyabr ayının 15-də ölkə başçısının uzaqgörən siyasəti, ordumuzun böyük əzm və iradəsi nəticəsində Kəlbəcər rayonu işğaldan azad edilir.

10 noyabr 2020-ci ildə imzalanmış Bəyanata əsasən Kəlbəcər rayonunun 15 noyabr 2020-ci ildə təhvil verilməsi nəzərdə tutulsa da, Ermənistan tərəf Kəlbəcər rayonunun mürəkkəb relyefə malik olduğunu bəhanə edərək, Rusiya vasitəsilə Azərbaycandan həmin müddətin noyabrın 25-dək uzadılmasını xahiş edir. Ali Baş Komandan İlham Əliyev vəziyyəti nəzərə alaraq onlara 10 gün əlavə vaxt veirlməsinə razılıq versə də, ermənilər bundan sui-istifadə edərək, rayonu tərk edərkən evləri və meşələri yandırırlar.

2020-ci il noyabrın 25-də Bəyanata əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olaraq, nəzarəti ələ alırlar.

Kəlbəcər işğaldan azad edildikdən sonra ölkə başçıcı, Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna müxtəlif vaxtlarda səfər edirlər.

Ölkə başçısı Cənab Prezident İlham Əliyev müharibədən sonra ilk dəfə 2021-ci il avqust ayının 16-da birinci xanım Mehriban Əliyeva ilə birlikdə Kəlbəcər və Laçın rayonlarına səfər edir. Səfər zamanı dövlət başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa ediləcək 11.6 km tunelin təməlqoyma mərasimində iştirak etdilər. Hazırlanmış layihə dövlət başçısının tapşırığı əsasında Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla I və II texniki dərəcəyə uyğun inşa edilir.

Daha sonra ölkə başçısı, Cənab Prezident “Kəlbəcər-1” Su Elektrik Stansiyasında görülən işlərlə də yaxından tanış olur.

Ölkə başçısı, Cənab Prezident İlham Əliyevin Kəlbəcər rayonuna növbəti səfəri 2023-cü il may ayının 27-də baş tutdu. Dövlət başçısı səfər zamanı Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimində, “AzərEnerji” ASC-nin “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edir.

Səfər zamanı Prezident İlham Əliyevə təməli 2021-ci ilin noyabr ayında qoyulmuş, uzunluğu 82 km təşkil edən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolundakı tuneldə görülən işlər barədə məlumat verilir. Daha sonra dövlət başçısı Kəlbəcərdə Hərbi hospitalın açılışında, 960 şagird üçün nəzərdə tutulmuş məktəbin təməlqoyma mərasimində iştirak edir.

2024-cü il sentyabr ayının 2-də Cənab Prezident və xanımı Mehriban Əliyeva Kəlbəcər rayonuna növbəti dəfə səfər edirlər. Bu səfərin təşkilində başlıca məqsəd Tərtər çayı üzərində yerləşən “AzərEnerji” ASC-nin 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak etmək idi. Görüş zamanı “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya görülən bütün işlər haqqında ümumi məlumat verir. Qeyd etmək lazımdır ki, “AzərEnerji” ASC-nin Energetika İnstitutu tərəfindən hazırlanan yeni layihə - “Yuxari Vəng” Su Elektrik Stansiyası müharibədən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir.

Səfər zamanı ölkə başçıcı, Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda yerləşən Xudavəng monastr kompleksini də ziyarət edirlər. Ölkə başçısına Mədəniyyət naziri Adil Kərimli monastr kompleks haqqında geniş məlumat verir. Qarabağın işğalı zamanı Azərbaycan mədəniyyətinə məxsus bütün abidə və komplekslər işğala məruz qaldıqları kimi Xudavənd monastr kompleksi də 1992-ci ildən 2020-ci ilə kimi işğala məruz qalmış, bundan başqa Ermənistan dövləti tərəfindən qanunsuz işlər həmin monastrda “bərpa” adı ilə həyata keçirilmişdir.

Ölkə başçısı Cənab Prezident İlham Əliyev bu səfər zamanı İstisu qəsəbəsinin, Kəlbəcər şəhərində yerləşən ikinci yaşayış kompleksinin, Kəlbəcər şəhərində inzibati binanın təməlini qoymuş, Toğanlı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa edilən IV tuneldə, Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olmuşdur.

Səfər zamanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “İstisu” su zavodunun, “Zar” KSES-in açılışında da iştirak etmişlər.

Pərvanə Talıbova

YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllimi

Seçilən
27
sesqazeti.az

1Mənbələr