AZ

Reuters Trampın Ukraynadakı mümkün elçisini açıqlayıb

Reuters: Tramp Qrenellin Ukrayna üzrə xüsusi elçi vəzifəsinə namizədliyini irəli sürə bilər.

Turkustan.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı hərbi münaqişənin həlli üzrə xüsusi elçi vəzifəsinəMilli Kəşfiyyatın keçmiş direktoru vəzifəsini icra edən Riçard Qrenellin namizədliyini irəli sürə bilər. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb .

Onun sözlərinə görə, təyin olunarsa, Qrenell Trampın münaqişəni sona çatdırmaq cəhdlərində əsas rol oynamalı olacaq. Eyni zamanda, agentlik son nəticədə Ağ Evin seçilmiş rəhbərinin bu vəzifəni ümumiyyətlə yaratmamağa qərar verəcəyini və ya ona başqasını təyin edəcəyini istisna etmir.

Trampın ilk dövründə Qrenell ABŞ-ın Almaniyadakı səfiri, daha sonra isə ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsini icra edib. Bundan əlavə, Qrenell Prezidentin Serbiya -Kosovo sülh danışıqları üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb.

Bir gün əvvəl Tramp Truth sosial şəbəkəsində sərmayədar Skott Bessenti maliyyə naziri vəzifəsinə təklif edib .

Bildirək ki, NATO-nun baş katibi Trampı ziyarət etmək üçün Floridaya uçmuşdu.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
23
turkustan.az

1Mənbələr