AZ

Tramp Ukrayna üzrə xüsusi səfir təyin etdi

Donald Tramp Rusiyanın Ukraynadakı müharibəsi üzrə xüsusi səfir təyin etməyi planlaşdırır və artıq namizədlə bağlı qərar verib. 

Hazırda məhz Rusiya-Ukrayna münaqişəsinin həlli ilə məşğul olan xüsusi nümayəndə olmasa da, Tramp belə bir vəzifəni yaratmağı düşünür. 

Trampın birinci prezidentliyi dövründə ABŞ-nin  Almaniyadakı səfiri vəzifəsində çalışmış Rişard Qrenel 2017-2021-ci illərdə milli kəşfiyyat direktoru vəzifəsini icra edib. 

Hətta Marko Rubiodan əvvəl R.Qrenelin dövlət katibi təyin ediləcəyi deyilirdi. Peşəkar diplomat olan R.Qrenel prezident seçkiləri kampaniyası dövründə Trampın böyük etimadını qazanıb. Hətta Donald Tramp ona “Mənim səfirim”-deyə müraciət edir. 

Qrenel yeni vəzifəyə seçiləcəyi təqdirdə Trampın Ukraynada müharibəni bitirmək səylərində mühüm rol oynaya biləcək şəxs hesab edilir. O, Rusiyaya qarşı sərt münasibəti ilə seçilir. 

Seçilən
18
cebheinfo.az

1Mənbələr