AZ

Aşağı əməkhaqqı alanların xeyli hissəsi gələcəkdə pensiya ala bilməyəcək- ÖZƏL

"Aşağı əməkhaqqı, aşağı pensiya alanların xeyli hissəsi regionlarda yaşayır. Aşağı əməkhaqqı alanların xeyli hissəsi gələcəkdə pensiya ala bilməyəcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli deyib: " "Bunun hesabına ölkəmizdə yoxsulların sayı da artır. Pensiya yaşına çatsa da, pensiya almaq üçün iş stajı və pensiya kapitalı  qanunvericilikdə nəzərdə tutulan səviyyədə olmadığından, qocalıq müavinəti deyilən yaşa görə müavinət  220 manatdır. Gələn il  pensiyaçılar üçün nəzərdə tutulan yaşayış minimumu isə 232 manatdır. Bu göstəricilərin müqayisəsi diqtə edir ki, yaşa görə müavinət artırılmalıdır. Yaşa görə müavinət alanların sayı getdikcə artır, deməli bu yoxsul əhalinin sayının artmasına da təsir göstərir. Yaşa görə müavinətin məbləği elə olmalıdır ki, onu alan yaşlı insanların heç olmasa, minimum qidalanmasına və dava-dərmanına çatsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr