AZ

İcra başçısı şəhid valideynlərini xəstəxanada ziyarət edib - FOTO

Noyabrın 21-də Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov səhhətləri ilə əlaqədar Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə müalicə alan Vətən Müharibəsində şəhid olmuş şəhid, Ceyhun Ağayevin atası Etibar Ağayevi, şəhid Əli Tağıyevin atası Rahil Tağıyevi, Vətən müharibəsi iştirakçısı, Rəşad Şahverdiyevi və Neftçala rayonundan olan qazi Əli Eyvazovu ziyarət etmiş, onlara göstərilən səhiyyə xidməti və sağlamlıqları ilə maraqlanmış, Allahdan onlara şəfa diləyib.

Şəhid ailə üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

RİH başçısı Rüstəm Xəlilov Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə olarkən mövcud vəziyyətlə maraqlanmış, rayonda səhiyyənin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülmüş işlərlə tanış olub.

Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Şirin Səmədova səhiyyə işçilərinin vətəndaşlara yüksək tibbi xidmət göstərmələri və xəstəxanadakı müasir tibbi avadanlıqlar barədə RİH başçısına məlumat verib.

 RİH başçısı daha sonra xəstəxananın tibbi personalı ilə görüşmüş, şöbələrdə xəstələrin müalicəsi üçün yaradılan şəraitlə tanış olmuş, tibbi sahədə mövcud problemlərin aradan qaldırılması üçün birgə həyata keçirilməli tədbirlərə dair tövsiyələrini xəstəxana rəhbərliyinə bildirib.

Səmimi görüş zamanı icra başçısı Rüstəm Xəlilov regionlarda müasir tələblərə cavab verən tibb müəssisələrinin əhalinin sağlamlığının qorunmasında mühüm rol oynadığını qeyd etmiş və mərkəzin əməkdaşlarına çətin və şərəfli  işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər mühüm işlər görülüb. Bu sahədə aparılan davamlı islahatlar sayəsində ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti və səviyyəsi də yüksəlib. Bu istiqamətdə görülən işlər vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 2023-cü il aprelin 18-də Salyan rayonuna səfərləri çərçivəsində Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

 

Seçilən
2
modern.az

1Mənbələr