AZ

Rusiyada yenə səfərbərlik olacaq? - Peskov AÇIQLADI

Rusiyada səfərbərlikdən söhbət getmir.

Milli.Az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov bildirib ki, hər gün yüzlərlə rusiyalı ərizə yazaraq xidmətə gedirlər.

"Vətəndaşlarımız çox fəal şəkildə Müdafiə Nazirliyi ilə müqavilələr bağlayır, müqavilə əsasında xidmətə gedirlər... Belə insanlar çoxdur", - deyə o bildirib. 

Rusiya liderinin mətbuat katibinin sözlərinə görə, müqaviləli əsgərlər əvvəlcə təlim kurslarından keçir və diqqətlə hazırlanır.

"Ona görə də indi səfərbərlikdən danışmağa ehtiyac yoxdur", - Peskov əlavə edib.

Nərmin
Milli.Az

Seçilən
25
1
milli.az

2Mənbələr