AZ

Azərbaycan öz daxili imkanları hesabına yeni yaşayış məntəqəli salınır

“Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Həmişə səfalı təbiəti və mərd insanları ilə bu bölgə ölkəmizin mühüm yaşayış məntəqələrindən biri olub. Həmçinin Kəlbəcər qədimliyi ilə də daim fərqlənib. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Ali Baş Komandan İlham Əliyevin hərb və siyasət dühasının nəticəsi olan imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdi”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Kəlbəcər rayonu hərbi gücün, strateji və taktiki planmanın nəticəsində bizə təhvil verildi:
“Siyasətin, hərbi gücün, strateji və taktiki planlamanın uğurlu nəticəsi olaraq Kəlbəcər bizə təhvil verildi. Ancaq xatırlayırsızsa həmin günlərdə biz ermənilərin növbəti barbarlığının şahidi olduq. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Çox təəssüf ki, işğal dövründə olduğu kimi bu proses də dünyanın gözü qarşısında baş vermişdi. Ancaq ikili standartlarla yanaşan beynəlxalq təşkilatlar bu məsələlərdə də görməzdən gəldilər. Biz isə öz xalqına arxalanan Cənab Prezident İlham Əliyevin iradəsi ilə Kəlbəcəri yenidən qurub yaradırıq. Kəlbəcərdə yeni yaşayış məntəqələri salınır və insanların orada rahat yaşaması üçün bütün infrastruktur layihələri sürətlə həyata keçirilir. İstər yol infrastrukturu, istər enerji təchizatı, istərsə də digər yaşam üçün zəruri olan məsələlər ən yüksək səviyyədə həllini tapır. Bütün bunların isə Azərbaycan öz daxili imkanları hesabına edir”.
Seçilən
16
xalq.az

1Mənbələr