AZ

Livanda 900 minə yaxın insan döyüşlər səbəbindən evlərini tərk edib

İsraillə "Hizbullah" hərəkatı arasında gedən döyüşlər səbəbindən 896,3 min Livan sakini evlərini tərk etmək məcburiyyətində qalıb...

Poliqon xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) hesabatında deyilir.

Agentliyin məlumatına görə, qaçqınların 51 faizini qadınlar təşkil edir. Livanda məcburi köçkünlər üçün 1173 müvəqqəti sığınacaq var. Onlardan 975-i artıq tam doldurulub, 188 mindən çox insan var. Münaqişə nəticəsində ölənlərin sayı 3,5 mini keçib, 15 mindən çox insan yaralanıb.

Bu arada, İsrail Müdafiə Qüvvələri Livanın Beyrutun cənub ətraflarında yerləşən Hədəs və Şüveyfət məhəllələrinin sakinlərini dərhal təxliyə etməyə çağırıb. Bu barədə X sosial şəbəkəsində İDF-nin ərəbdilli sözçüsü Aviçai Adrai məlumat verib.

Çağırışlar bəzi evlərdə şiə "Hizbullah" hərəkatının obyektlərinin yerləşdiyi ilə bağlıdır.

"Özünüzün və yaxınlarınızın təhlükəsizliyi üçün siz bu binaları dərhal təxliyə etməyə borclusunuz. Onlardan ən azı 500 metr aralıda dayanmalısınız", Adrai yekunlaşdırıb.

Elə həmin səhər İsrail Hərbi Hava Qüvvələri Beyrutun mərkəzi hissəsində yaşayış binasına zərbələr endirib.

Sentyabrın 17-si və 18-də Livanın müxtəlif bölgələrində peycer və radiostansiyaların silsilə partlayışlarından sonra Yaxın Şərqdə vəziyyət yenidən pisləşib. Sentyabrın 19-da İsrail Müdafiə Qüvvələri ölkə daxilində hava hücumları keçirməyə başlayıb. Sentyabrın 23-də İsrail hakimiyyəti Livanda Hizbullahın hərbi infrastrukturuna qarşı önləyici hücum əməliyyatına başladığını elan edib. Əməliyyat "Şimal oxları" adlanır.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr