AZ

Azərbaycandan ada dövlətlərinə dəstək təşəbbüsü ŞƏRH

Beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan toplantıların yüksək səviyyədə keçirilməsinə lazımi şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində dünyanın əlverişli dialoq mərkəzlərindən biri kimi tanınır. Azərbaycan dövləti tərəfindən təşkil edilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin təcəssümüdür. Bu gün bütün dünyanın nəbzi yenidən Azərbaycanla döyünür. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a Azərbaycan yüksək səviyyədə ev sahibliyi edir. Əlbəttə ki, COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyin göstəricisidir. Qoşulmama Hərəkatına sədrliyi və Təhlükəsizlik Şurasına üzvlüyündən sonra Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yüksək səviyyədə təşkili ölkəmizə göstərilən etimaddır.

Müasir dünyamızın üzləşdiyi problemlərdən olan iqlim dəyişmələrindən ən çox əziyyət çəkənlər ada dövlətləridir. Azərbaycan iqlim dəyişmələrinin mənfi təsirlərinə məruz qalan həssas ölkələr kateqoriyasına xüsusi olaraq diqqət ayırır. Kiçik ada dövlətlərinin üzləşdikləri çətinliklərin, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasına öz töhfəsini verəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı bildirdiyi kimi, Azərbaycan kiçik ada dövlətlərinə sarsılmaz dəstəyini göstərir. "Biz məhz fəlakətdən əziyyət çəkən bir sıra ölkələrə, qasırğalardan, zəlzələlərdən və daşqınlardan əziyyət çəkən ölkələrə yardım göstərmişik" - deyə Prezident çıxışında diqqətə çatdırıb: "Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm".

Kiçik ada ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. "Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur" – deyə Prezident bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyişin əldə olunduğunu nəzərə çatdırmışdır.

Qeyd edək ki, Millətlər Birliyinin 56 üzvündən 25-i inkişaf etməkdə olan ada dövlətləridir. Çağırışlarla üzləşən kiçik ada dövlətləri iqlim dəyişmələrinin intensivləşməsinə yüksək dərəcədə həssasdırlar. "Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq" – deyə Prezident bildirib.

Azərbaycan inkişaf edən kiçik ada dövlətləri və Afrika ölkələrinin pandemiyadan sonra daha yaxşı bərpası üçün Qlobal Çağırışlar elan etdi. Bütün bunlar bir daha göstərir ki, ölkəmiz kiçik ada dövlətlərinə birmənalı dəstəyini ardıcıl olaraq nümayiş etdirir. Azərbaycan Prezidenti çıxışı zamanı fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərdiyini də qeyd edib.

COP29-a sədrlik edən Azərbaycan iqlim maliyyələşməsinə dair Fondun yaradılması təşəbbüsü ilə çıxış edib.

Azərbaycan Qoşulmama Hərəkatının və COP29-un sədri kimi kiçik ada dövlətlərinə dəstək verəcəkdir. İqlim dəyişikliyi bəşəriyyət üçün bir təhdiddir ki, ərzaq çatışmazlığı və məcburi miqrasiya kimi ciddi problemlərə gətirib çıxara bilər. Kiçik ada ölkələri iqlim dəyişikliyinin təsirlərinə daha həssasdırlar. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə 80-dən artıq ölkəyə, eləcə də 20 kiçik ada ölkəsinə yardım göstərib.

COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam etdirir. Dünyada baş verən qlobal dəyişikliklərlə bağlı yaranmış çətinliklərin aradan qaldırılması yollarının müzakirəsi baxımından, COP29-un əhəmiyyəti böyükdür.

Çox məsuliyyətli və maraqlı tədbir olan COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycandan baxılır.

Güləddin DADAŞOV,

YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri, "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Seçilən
34
sesqazeti.az

1Mənbələr