AZ

“Səfərbərliyə ehtiyac yoxdur” - Peskov

“Səfərbərlikdən söhbət getmir. İndi səfərbərlikdən danışmağa hər hansı bir ehtiyac yoxdur”.

“AzPolitika” xəbər verir ki, bunu Vladimir Putinin sözçüsü Dmitri Peskov yerli mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın səfərbərliyə ehtiyacı yoxdur və ruslar “çox fəal şəkildə” ordu sıralarında hərbi xidmət üçün müqavilələr imzalayırlar: “Söhbət hər gün yüzlərlə adamdan gedir”.

Qeyd edək ki, Rusiyada qismən səfərbərlik 2022-ci ilin payızında elan olunub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu müddət ərzində (21 sentyabr - 28 oktyabr 2022-ci il) onlar 300 mindən çox insanı hərbi xidmətə çağırmağı bacarıblar. Lakin qismən səfərbərliyin başa çatdırılması ilə bağlı Putin indiyə qədər heç bir fərman verməyib.

”AzPolitika.info”

Seçilən
14
azpolitika.info

1Mənbələr