AZ

Bakıda qətliam kimi hücum: 11 canlını öldürdü - FOTO

Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində Vüqar Bədəlov küçəsində fərdi yaşayış evinin həyətinə tülkü girib.

Ölkə.Az-a daxil olan məlumata görə, yırtıcı heyvan həyətdəki bütün toyuqları parçalayıb.
Hadisə bu gün səhər erkən saatlarında baş verib. 

Tülkü ümumilikdə 11 toyuğu parçalayıb, cəmi 1 toyuq sağ qalıb. 
Ev sahibi yaranmış vəziyyətdən xeyli narahatdır.

Qəsəbə sakinləri son vaxtlar Əmircan və Bülbülə qəsəbələrində tülkülərlə rastlaşdıqlarını bildiriblər.

Qeyd edək ki, ötən gün də Bakının mərkəzində tülkü görüntülənib.

Billurə

Seçilən
15
olke.az

1Mənbələr