AZ

Türkiyə 2026-cı ildə 5G rabitəsini işə salmağı planlaşdırır

Türkiyə 2026-cı ildə beşinci nəsil (5G) mobil şəbəkələri təqdim etməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Nəqliyyat Nazirliyinin rəhbəri Əbdülkadir Uraloğlu məlumat verib.

“Biz artıq Türkiyədə 5G şəbəkələrini sınaqdan keçirməyə başlamışıq, 30 quruma, o cümlədən İstanbul Hava Limanına onlardan istifadə etmək üçün icazə vermişik.
Düşünürəm ki, biz bu ilin sonuna kimi 5G şəbəkəsinin tətbiqi ilə bağlı tender təqvimini elan edəcəyik, gələn ilin birinci rübündə ilk hərracı keçirəcəyik və ilk siqnalı 2026-cı ilin əvvəlində alacağıq”, - nazir CNN Türk telekanalında bildirib.

Türkiyədə mobil rabitə istifadəçilərinin sayı təqribən 87 milyon nəfərdir. Onlardan təxminən 81 milyonu 4,5G şəbəkəsinə malikdir.

Seçilən
61
ucnoqta.az

1Mənbələr