AZ

Dünyada bir ilk: Robot cərrah ilə ikiqat ağciyər transplantasiyası həyata keçirildi

Dünyada bir ilk: Robot cərrah ilə ikiqat ağciyər transplantasiyası həyata keçirildi

ABŞ-da yaşayan və xroniki obstruktiv ağciyər xəstəliyindən (KOAH) əziyyət çəkən 57 yaşlı qadına dünyada ilk tam robot əməliyyatı ilə ikiqat ağciyər transplantasiyası həyata keçirilib.ABŞ-ın Nyu-York Universitetinin (NYU) tərkibindəki Langone Sağlamlıq Tibb Mərkəzində bir ilkə imza atılıb. Xroniki Obstruktiv Ağciyər Xəstəliyi (KOAH) olan 57 yaşlı qadına tam robot əməliyyatı ilə ikiqat ağciyər transplantasiyası həyata keçirilib.Xəstəxanadan verilən açıqlamada oktyabrın 22-də həyata keçirilən əməliyyatda qabırğalar arasında kiçik kəsiklər edildikdən sonra (minimal invaziv cərrahi üsul) ağciyərin robot sistemlə çıxarıldığı, nahiyənin transplantasiyaya hazırlandığı və yeni ağciyər yerləşdirildiyi bildirilib. Hər iki ağciyərin robot texnika ilə köçürüldüyü vurğulanıb.Ağciyər xəstəliyinə genetik meyli olan qadının 2010-cu ildə 43 yaşında ikən KOAH diaqnozu qoyulduğu, 2022-ci ildə koronavirusa yoluxduqdan sonra vəziyyətinin pisləşdiyi bildirilib. Əməliyyatdan bir ay keçən qadının tezliklə xəstəxanadan evə buraxılacağı öyrənilib.Mənbə: İHA

Seçilən
22
afn.az

1Mənbələr