AZ

Xəlil əl-Hayye:''İsrail Qəzzaya humanitar yardımın daxil olmasına mane olur''

İsrail Qəzza zolağının şimalında fələstinlilərə edilən yardımın qarşısını almaq üçün hər cür tədbir görür. Bu barədə HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayye yazılı açıqlama verib.

Hayye İsrailin Qəzza zolağının şimalına 40, cənubuna isə yalnız 60 yardım maşınının daxil olmasına icazə verdiyini bildirərək, bəzi günlərdə isə bu bölgələrə heç bir yardımın daxil olmadığını qeyd edib. O, İsrailin Qəzzaya yardımın daxil olmasına mane olmaq üçün Rəfah sərhəd-buraxılış məntəqəsini bağladığını da vurğulayıb.

Hayye BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) yardım edən yeganə səlahiyyətli qurum olduğunu xatırladaraq, İsrailin beynəlxalq yardım təşkilatlarının fəaliyyətini məhdudlaşdırmağa çalışdığını da diqqətə çatdırıb.

O, həmçinin, İsrail ordusunun nəzarətində olan ərazilərdə oğruların fəaliyyət göstərməsinə icazə verdiyini və humanitar yardımların çatdırılmasını təmin edən xüsusi komitələri hədəf aldığını bildirib.



Seçilən
12
1
trt.net.tr

2Mənbələr