AZ

“Rus əsgərinə xammal, material kimi baxılır” - VİDEO

Kalaşnikov orduda üsyan ola biləcəyini deyir

Əvvəllər də əsgərlərinin həyatına o qədər də əhəmiyyət verməyən rus ordusunun komandirləri ölçü hissini tamamilə itiriblər. Rusiya hərbçiləri kütləvi şəkildə “ət hücumlarına” göndərilir ki, bu da orduda böyük itkilərə səbəb olmaqla yanaşı, hərbçilərin sıralarında narazılığı və gərginliyi artırır.

“AzPolitika” xəbər verir ki, bunu Rusiyanın imperiyaçı “Z-hərbi müxbiri” Maksim Kalaşnikov növbəti efirində deyib.

Son zamanlar cəbhədəki kütləvi canlı qüvvə itkilərinin daha da artması şovinist və imperiyaçı “Z-müxbiri” özündən çıxarıb. Kremli açıq şəkildə tənqid edən Kalaşnikov bu gedişlə Rusiya işğalçı ordusunda üsyan olacağını proqnozlaşdırıb: “İnsanlar açıq ölümə göndərilir... Onlara istehlak materialı, xammal kimi baxılır. Orduda bu proseslər dayandırılmasa, özbaşına hökmlər çıxarılacaq(əsgərlərin komandirlərə qarşı-red.). Xüsusən də müharibə zamanı əsgərlər özlərinə qarşı bu cür münasibəti qəbul edə bilməzlər”.

Video linkdə: https://video.antikor.com.ua/vd/736630.mp4

“AzPolitika.info”

Seçilən
21
azpolitika.info

1Mənbələr