AZ

Azərbaycana buğda idxalı azalıb

2024-cü ilin on ayında Azərbaycana 948 min 815 ton buğda idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,04% azdır. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

İdxal olunan buğdanın dəyəri isə 2023-cü ilin on ayı müqayisədə 16,9% azalaraq 205 milyon 427 min ABŞ dolları təşkil edib.

Azərbaycanda 2023-cü ildən etibarən 5 il müddətinə taxılın hər tonuna görə 100 manat məbləğində subsidiya müəyyən edilib. 
 
Ümumilikdə, Azərbaycana buğda idxalının 87 faizi Rusiyanın, 13 faizi isə Qazaxıstanın payına düşüb.

2023-cü ildə Azərbaycana buğda idxalı 1 milyon 175,341 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 9,1% azdır.

Hazırda Azərbaycanda buğdaya olan tələbatın 62% yerli istehsal hesabına ödənilir.  Qalan hissə Ukrayna, Rusiya və Qazaxıstandan idxal edilir. 
 

Gülnar Nazimqızı 
www.anews.az
Seçilən
23
anews.az

1Mənbələr