AZ

“Biz uşaqları ilkin yetkinlik və əsgərlik dövründə itiririk” - “Sabah”ın məşqçisi də gileyləndi

Ölkəmizin həm U-17, həm də U-19 yığması Avropa çempionatının seçmə mərhələsindəki üç oyunda məğlub olub.

Bir sözlə, U-lar uduza-uduza gedir və bunun sonu da görünmür. Bəs aşağı yaşlılarımız niyə bu gündədi, futbolumuz hara gedir? “Sabah”ın aşağı yaş qruplarını çalışdıran Məhərrəm Müslümzadənin fikirlərini öyrəndik:

“Yaxşı yerə getmədiyimizi söyləyə bilərəm. Artıq uçurumun dibindəyik. Problemləri düzəltmək çətindi. Futbol sferasında çox gerilərdəyik. Problem məşqçilərdə deyil. İllərdi bu siyasət davam edir. Yerli məşqçi gedir, əcnəbi gəlir. Dəyişən nəsə yoxdu. Bu gün millinin çalışdırmağa kimi gətirsək də, xeyri yoxdu. Milli komanda səviyyəsində çıxış edəcək futbolçu qıtlığımız var. Avropa səviyyəsində oynayacaq futbolçumuz yoxdu. İnfrastruktur və bazalaşma yoxdu. Bir-iki akademiya var ki, pis-yaxşı bazası və inrastrukturu mövcuddu. Onların da infrastrukturu Avropa səviyyəsində deyil. Bu da kifayət etmir. Klublarımız var ki, məşq keçməyə meydança tapa bilmir. Bazalaşmadan söhbət gedirsə, Qəbələdə futbol akademiyası var idi. Onu da yerlə yeksan edirik. Əlimizdə olanın da qədrini bilmirik. Daha da inkşaf etməkdənsə, olanı da gözardı edirik. Tovuz futbol akademiyası yaranıb. Hər bölgədə olmalıdı. Biz uşaqları ilkin yetkinlik və əsgərlik dövründə itiririk. Əlimizdəqalanları hərbi xidmət yaşına çatanda itiririk. Bazamız olmalıdı ki, uşaqların yeməyi, qalması orda nəzarət altında olsun. Aşağı yaş qruplarında keçirilən çempionatın səviyyəsi də aşağıdı. Bu gün “Sabah” futbol akademiyası bütün yaş qrupları üzrə respublika çempionudu. İl ərzində yalnız iki-üç dəfə təzyiq altında oynayırıq, ya da oynamırıq. “Neftçi” və “Qarabağ” ilə oyunlarda uşaqlar təzyiq görür. Deməli, komandaların səviyyəsi aşağıdı. Bunu aradan qaldırmaq üçün elə plan qurmaq lazımdı ki, aşağı yaş qrupları üzrə keçirilən çempionatın səviyyəsi qalxsın. Uşaqlar başqa ölkələrdə keçirilən turnirlərə qatılmalı, təzyiq görməlidilər. “Sabah”, “Qarabağ” və “Neftçi”nin aşağı yaş qrupları ara-sıra ölkə xaricindəki turnirlərdə iştirak edir. Bu kifayət deyil. Respublikanın bütün bölgələrində kütləviliyin artırılması üçün akademiyalar qurulmalıdı. Keyfiyyət tapmaq üçün kəmiyyət vacibdi. Əvvəlcəkəmiyyəti artırmalıyıq. Bizdə Avropadakı şərait və kütləvilik yoxdu. Baxış bucağımızı dəyişməliyik. Yaxın 5 ildə milli komandalarımızda müsbətə doğru nəticə gözləməməliyik. Əvvəlcə toxum səpməli, sonra həmin toxumun üzə çıxmasını gözləməliyik”.

ƏSƏD SEYİDOV
Seçilən
14
football-plus.az

1Mənbələr