AZ

Türkiyə-İsrail münasibətləri GƏRGİNLƏŞİR: “Digər müsəlman dövlətləri də…”

 

“Digər Yaxın Şərq və müsəlman dövlətləri Türkiyə kimi düşünsə və addımlarını maraqlar yox, sülh istiqamətdə atsaydı, İsrail təbii olaraq aqressiv siyasətindən nəticə çıxarardı”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Hava məkanını və diplomatik əlaqələri kəsdiyi İsraillə Türkiyə arasında yarana biləcək münaqişədən danışan analitikin sözlərinə görə, Türkiyənin İsraillə bütün sahələr üzrə münasibətləri kəsməsi iki dövlət arasında vəziyyətin gərgin olmasına dəlalət edir:

“Münasibətlərin bu səviyyəyə gəlib çatmasının səbəbi heç şübhəsiz İsrailin Qəzzada apardığı hərbi əməliyyatlardır. Əlavə olaraq, münaqişəni sülh yolu ilə həll etmək istəməməsidir. Türkiyə rəhbərliyi hesab edir ki, bu yolla İsraili hərbi əməliyyatları dayandırmağa məcbur edə bilər. Amma bu istiqamətdə düşünən və addım atan yalnız Türkiyədir. Digər Yaxın Şərq və müsəlman dövlətləri də Türkiyə kimi düşünsə və addımlarını maraqlar yox, sülh istiqamətdə atsaydı, İsrail təbii olaraq aqressiv siyasətindən nəticə çıxarardı”.

“Buna baxmayaraq, Türkiyənin İsraillə bağlı atdığı addımlar hələ də istənilən nəticə vermir. İsrailin hazırda qorxusu digər dövlətlərin də bu məsələdə Ankara kimi mövqe sərgiləməsi ehtimalıdır. İndiki halda, İsrail öz imkanları daxilində Türkiyəyə təsir etməyə çalışır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Seçilən
16
yenicag.az

1Mənbələr