AZ

Dünya futboluna maraq azalıb- FIFA-nın sabiq prezidenti

Böyük turnirlərdə komandaların çoxluğu səbəbindən dünya futbolu maraqsız olub.

Bu fikri Beynəlxalq Futbol Federasiyasının (FIFA) sabiq prezidenti Yozef Blatter səsləndirib. Onun şərhini İsveçrənin “Watson” qəzeti yayıb.

“Avropada əvvəllər iki avrokubok var idi – biri yalnız çempionlar, digəri isə ölkə kubokunun qalibləri üçün idi. İndi 36 komandanın iştirak etdiyi Çempionlar Liqası, 36 komandanın qatıldığı Avropa Liqası, 36 komandanın iştirakı ilə keçirilən Konfrans Liqası, üstəlik Millətlər Liqası da var. 2026-cı ildə keçiriləcək dünya çempionatına 48 ölkə qatılacaq, əlavə olaraq 2025-ci ildə 32 komandanın iştirakı ilə klublararası dünya çempionatı da keçiriləcək. Bunları yalnız çoxlu pul gətirdiyinə görə alqışlayırlar”, – deyə o bildirib.

Blatterin fikrincə, turnirlərin və iştirakçıların hədsiz çoxluğu futbola marağın azalmasına gətirib çıxarır.

Xatırladaq ki, 2026-cı ildə dünya çempionatı ilk dəfə üç ölkədə təşkil olunacaq. İyunun 11-dən iyulun 19-dək keçiriləcək yarışlara Kanada, Meksika və ABŞ ev sahibliyi edəcək(azərtac).

Seçilən
25
4
azpost.info

6Mənbələr