AZ

Bilmirsən, kimə inanasan?

Bir də görürsən ki, bir məhsulu hər gün reklam edirlər.

Məsələn, deyirlər ki, xurma min bir dərdin dərmanıdır.Onu yeyirsən, immunitetin gücəlnir, çünki tərkibində çoxlu  vitaminlər var! Təbii ki, buna inanırsan. Bir müddət keçir deyirlər ki, yox, xurmanın xeyrindən  çox, ziyanı var. Həddındən  artıq xurma yeyərsən xəstəlik yaranır. Bir az da ötür, almanı tərifləyirlər. Yenə deyirlər ki, bu alma var, ha, can dərmanıdır. Alma başdan ayağa vitamindir.Hər gün iki alma yesən  bütün xəstəliklərdən uzaq olarsan.

Üç- dörd gündən sonra başqa bir təbliğat aparırlar. Və deyirlər ki, alma gözəl meyvədir, amma onu qabıqlı yemək olmaz! Bu da belə!  Adam bu reklamlardan sonra bilmir, nə etsin.Yəni başqa sözlə demiş olsaq, odlu su arasında qalır və bilmir kimə inansınlar. Meyvələri  tərifləyənlərə, yoxsa antireklam  edənlərə?! Amma hər halda bütün meyvələr gözəldir.Sadəcə olaraq onları həddindən artıq çox yemək  ziyandır!

Emil Faiqoğlu         

Seçilən
26
adalet.az

1Mənbələr