AZ

Firdovsi Əliyevin tender oyunu

Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Samux Rayon İcra Hakimiyyətinin strukturunda olan Samux Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə İcra Nümayəndəliyi oktyabr ayında 600min manatdan çox tender “alış-veriş”i edib.
Samux Mənzil-kommunal Təsərrüfatı İstehsalat Birliyi –
“UPSİLON” Məhdud Məsuliyyətli Cəmiyyəti –
Abadlaşdırma işlərinin görülməsi üçün mal-materialların satın alınması – Məbləğ: 153.575,47AZN
Bağlanan müqaviləyə əsasən sözügedən müəssisə avtomaşın yağı, Yağ filtiri, yanacaq filtiri, Təkər bobcat, Akumlyator və.s ilə təmin edilməlidir.
Samux Mənzil-kommunal Təsərrüfatı İstehsalat Birliyi – “UPSİLON” Məhdud Məsuliyyətli Cəmiyyəti
İşıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması – Məbləğ:69.396,51 AZN
 Bu tenderə əsasən şirkət icra orqanının tərkibindəki müəssisəni lampa, Kabel, Skop , Elektrik vilkası, İşıq plafonu işıq dirəyi üçün, Kəlbətin, izalent və.s ilə təmin etməlidir.
Bildirək ki, eyni ay və cəmi 1 həftə fərqlə icra hakimiyyətinin tərkibindəki müəssisədən 220 min manat alan şirkətin qanuni təmsilçi Fikrət Qafarov Eyvaz Oğlu, nizamnamə kapitalı 29640 AZN-dir.
Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə İcra Nümayəndəliyi –
“Elman” MMC –
” Samux şəhər Heydər Əliyev prospekti və girişlərində yolların əsaslı təmir işləri ” – Məbləğ: 387.786,78 AZN.
Qeyd edək ki, Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevdir.
Seçilən
23
xalq.az

1Mənbələr