AZ

“Oreşnik” kod adıdır, sistemin əsl adı… - Budanov

Rusların Dneprə atdığı “Oreşnik” raketi eksperimentaldır, onların sayı məhduddur.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.

Onun sözlərinə görə, “Oreşnik” tədqiqat işinin adıdır, yəni sadəcə koddur:

“Sistemin özü isə “Kedr” adlanır. Bu, eksperimental sistemdir, orta mənzilli ballistik raket və nüvə silahı daşıyıcısıdır. Ondan nüvə başlığı olmadan istifadə etmələri isə rusların tamamilə ağıllarını itirdiyini təsdiqləyir”.

Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski isə bildirib ki, seriya istehsalından söhbət getmir, çünki bunun üçün 10 döyüş sınağı keçirilməlidir:

“Əgər bu, tədqiqat-döyüş sınağı üçündürsə, demək, Rusiyada bu raketdən ən azı 10-u var”.

Qeyd edək ki, Rusiya 21 noyabrda “Oreşnik” raketi ilə Dneprə zərbə endirib.

Seçilən
15
1
axar.az

2Mənbələr