AZ

Komfortun yeni səviyyəsi: "İnsanyuyan" MAŞIN ixtira olundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yaponiyada "insanyuyan" və "qurudan" maşın ixtira olunub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə kp.ru xəbər yayıb.
Bildirilib ki, innovativ ixtira gələn ilin yazında "Osaka Kansai Expo" sərgisində nümayiş olunacaq. Tədbirdə bəzi ziyarətçilərə, hətta bu ağıllı cihazın təsirini öz üzərilərində sınamaq şansı veriləcək.
Mütəxəssislər robotexnikanın iş sistemini izah ediblər.
"Maşına quraşdırılmış sensorlar çimənin bir sıra fizioloji parametrlərini (məsələn, təzyiq və nəbz tezliyi kimi) nəzarət edir və süni intellekt onları təhlil edərək maksimum dərəcədə rahatlaşdırıcı təsirə nail olmaq üçün fərdi su temperaturunu seçir. Bir seans 15 dəqiqə davam edir", - deyə məlumatda qeyd olunub.
Maşının yaradıcısı yaxın zamanda öz cihazlarının ev istifadəsi üçün istehsalına başlayacağına söz verib.
Seçilən
14
4
oxu.az

6Mənbələr