İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor Dublində yerli məhkəmə tərəfindən cinsi təcavüzdə təqsirli bilinib.
Publika.az xəbər verir ki, bu barədə "MMA Junkie" məlumat yayıb.
2021-ci ildə Makqreqor və onun dostu Ceyms Lourensə qarşı 2018-ci ildə Nikita Hand adlı qıza sərxoş halda təcavüz etdiklərinə görə iş açılıb.
Tam cinayət işi başlanmayıb. Buna görə də Makqreqor indi öz qurbanına mənəvi ziyan olaraq 250 min dollar ödəməlidir.