AZ

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üz-üzədir

Anbarlardakı ehtiyatların sürətlə azalması və Rusiyadan tədarükün potensial azalması fonunda Avropa yeni qaz böhranı ilə təhdid olunur. 

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, Avropada soyuq havaların başlaması ilə əlaqədar istilik üçün qaza tələbat kəskin artıb.

Agentlikdə dərc olunan məqaləyə görə, geosiyasi gərginliklər fonunda bu il Avropa qazın qiyməti 45% artıb. Bu artım templəri 2022-ci ildə müşahidə olunan göstəricidən xeyli aşağıdır.

Qlobal Risklərin İdarə Edilməsi üzrə aparıcı analitik Arne Lohmann Rasmussen hesab edir ki, hzırkı vəziyyət Aİ-nin istənilən qiymətə qaz almağa hazır olduğu 2022-ci ilə bənzəməyə başlayır.

Agentlik yaxın gələcəkdə qazın qiymətinin daha da artmasına səbəb ola biləcək əsas amillərdən biri kimi bəzi Avropa ölkələrinin hələ də aldığı boru kəməri qazının Rusiyadan nəqlinin dayandırılması riskini göstərir. Bu, ödənişlər üçün istifadə edilən "Qazprombank"a qarşı ABŞ-nin yeni sanksiyaları səbəbindən baş verə bilər. 

Digər risk faktoruna ABŞ-dən mayeləşdirilmiş təbii qazın tədarükünün gecikməsi daxildir. Bundan başqa, 2025-ci ilin yayında qazın qiymətinin 2025-2026-cı ilin qışına nisbətən daha yüksək olacağı gözlənilir. Bu, o deməkdir ki, gələn il qaz anbarlarının doldurulması əvvəlkindən daha çətin ola bilər.

Gülşən Şərif

Seçilən
19
1
bakivaxti.az

5Mənbələr