AZ

Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil - Ekspert

Yazını böyüt
Yazını kiçilt

Mən daha çox Azərbaycan prezidentinin ABŞ konqresmenləri ilə görüşü zamanı “Artıq Qarabağ mövzusu qapadılıb və bölgədə sabitlik yaranıb” deməsini xatırlatmaq istərdim. Təbii ki, müəyyən gərginlik var, amma müharibə yoxdur.

Bu fikirləri hafta.az-a siyasi ekspert Tofiq Zülfüqarov Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına münasibət bildirərkən səsləndirib.

"Əminəm ki, bundan sonra həm Azərbaycan, həm də qismən Ermənistan rəhbərliyi də çalışacaqlar ki, beynəlxalq qurumlardan mümkün qədər uzaq olsunlar. Sözsüz ki, erməni diasporası öz maraqları üçün məsələni daim gündəmdə saxlamağa çalışır. Artıq bu proses onlar üçün bir peşə olub. Və onlar öz işlərini görərkən hansısa siyasi nüfuza, imtiyazlara nail olurlar ki, bunların Ermənistan üçün heş bir faydası yoxdur. Bu səbəblərdən də hiss olunur ki, Ermənistan da beynəlxalq oyunçulardan uzaqlaşmağa çalışır. Necə ki, Fransadan uzaqlaşır... İndi növbədə Amerikanın olacağı gözlənilir. Ermənistanda yaxşı başa düşürlər ki, revanş üçün onlara heç kəs dəstək verməyəcək və eyni zamanda revanş yeni ölümlər, eyni itkilər, yeni əzab-əziyyət deməkdir. Ümumiyyətlə, erməni toplumunda belə bir həvəs yoxdur... Hətta xaricdən kimsə dəstək versə belə... Sadəcə, kimlərsə nəsə özünü göstərmək, əldə etmək üçün boş-boş, populist çıxışlar edir. 2020-ci ilin 44 günlük savaşının nəticələri də göstərdi ki, hər halda Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil..."

Seçilən
29
1
hafta.az

2Mənbələr