AZ

Moskva bunu nəticəsiz qoymayacaq - Medvedev HƏDƏLƏDİ

Vaşinqton və NATO ölkələri Kursk və Bryansk vilayətlərinə raket zərbələri endirdikdən sonra Rusiyaya qarşı tam hüquqlu müharibəyə cəlb olunublar.

Publika.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Əl Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

“Bu, hələ də hərbi toqquşmaların gedişatını və baş verənləri dəyişir. Çünki bu, NATO blokunun, Vaşinqtonun və bu alyansın digər üzvlərinin əslində artıq hibrid deyil, ölkəmizə qarşı tam hüquqlu müharibədə iştirak etdiyini göstərir”, deyə o vurğulayıb.

Medvedev qeyd edib ki, Moskva bunu nəticəsiz qoymayacaq.

Seçilən
31
1
publika.az

2Mənbələr