AZ

Kapitan “Qarabağ”ı şərh etdi: “Bizim üçün finala bərabərdir”

Cempionatda işləri qaydasında getməyən “Səbail”in növbəti sınağı “Qarabağ”a qarşıdır.

Bu, həm də baş məşqçi postunda Şahin Diniyevi əvəzləyən Cavid Hüseynov üçün ciddi imtahandır.

Məntiqlə, Premyer Liqada yaranmış fasilə hansısa mənada “dənizçilər”in işinə yaramalıdır. Ancaq bir dərd də var ki, Bayıl təmsilçisi ağdamlıların önünə itkilərlə çıxacaq.

“Səbail”in kapitanı Yusif Nəbiyev Sportinfo.az-a açıqlamasında kollektivdəki ab-hava, rəqibin gücü və oyundan gözləntiləri barədə danışıb:

“Yeni baş məşqçimizin rəhbərliyi altında hazırlığımız davam edir. Qarşıda bizi gözləyən çətin “Qarabağ” oyununa hazırlaşırıq.

Komandada əhval-ruhiyyə yüksəkdir, bizi çox çətin oyun gözləyir. “Qarabağ”ın gücü hərkəsə bəllidir, artıq nəsə deməyə ehtiyac yoxdur.

Çalışıb yaxşı nəticə qazanmaq istəyirik. Ümumiyyətlə, durumumuz elədir ki, hər oyun bizim üçün finala bərabərdir. Qış fasiləsinə qədər maksimum dərəcədə xal ehtiyatımızı artırmaq istəyirik”.

Noyabrın 23-də “ASCO Arena”da baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək.

HƏBİB

Seçilən
27
sportinfo.az

1Mənbələr